Novruz Bayramı
Şimal
yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir
sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu
münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və
bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə
qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü
sayılır.
2009-cu
il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən
qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT
Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i
"Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Novruzun mənşəyi və tarixi
Novruz
xonçası
Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın
Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu
ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.
Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və
tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd
göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki,
Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə
(656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul
ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.
Xalqın
bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı
deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra
adət-ənənələri, oyunları indiyədək saxlamışlar. bəzi mənbələr Novruzun Atəşpərəstliklə
bağlı olduğunu, od simvolunun müqəddəs olduğunu qeyd edir.
SSRİ-nin poçt markası. Azərbaycanda Novruz
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini
yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi
etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu
Reyhan Biruni Novruz
bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu
bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz
bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl
dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk "Siyasətnamə"
əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq
bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan
poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir
və tərənnüm edilir.
Novruz bayramında çərşənbələr ]
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün
bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan
yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır
insan.
·
Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların
azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa
başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər,
üzlərini yuyardılar.
·
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş
yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində
tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar
düzəldilərdi.
·
Üçüncüsü yel çərşənbəsidir.
Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir,
tumurcuqlanan ağacları yellədir.
·
Dördüncüsü torpaq çərşənbəsidir.
Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona
görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə
başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni"
deyib buğda isladardılar.
.jpg)






No comments:
Post a Comment